Stopnarkotik.az-dan tam fərqli layihə!
Dəyərli oxucular!
Stopnarkotik.az saytı 2023-cü ilin ikinci yarısında olduğu kimi, 2024-cü ildə də hər ayın əvvəlində öz fərqli layihəsi ilə görüşünüzə gələcək.
Artıq sizlərə də məlum olduğu kimi, saytımızın əməkdaşları ay ərzində Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizə aparan rəsmi qurumların fəaliyyətini yaxından izləyərək, hər ayın yekununda onların “məhsuldarlığı” ilə bağlı müqayisəli təhlil yazısı dərc etməkdədir. Bununla, hər bir qurumun fəaliyyəti ilə əlaqədar geniş bilgilər əldə etməklə yanaşı, ayın “lideri” seçilənləri də tanımış olursunuz.
Əlavə olaraq, hər ayın yekununda bütün dövlət qurumlarının hesabat dövründə gördüyü işlərlə bağlı mətbuatda dərc olunan yazıların statistikasını da sizlərə təqdim etməkdəyik.
Qeyd: Layihə çərçivəsində təkcə qurumlararası rəqabət mühiti yaratmağa çalışmır, o cümlədən, tutaq ki, polis idarələri və rayon polis şöbələrinin narkotik alverinə, narkomaniyaya qarşı apardığı fəaliyyəti də müqayisəli şəkildə təqdim edirik.
Beləliklə, bu dəfə 2023-cü ilə yekun vurmaq üçün 2 ayın - noyabr və dekabr aylarının nəticəsi ilə oxucularımızı tanış edirik.
İlk öncə onu qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) sentyabr və oktyabr aylarından fərqli olaraq, noyabr və dekabr ərzində narkotik alverçilərinin həbsi ilə bağlı ənənəvi gündəlik açıqlamasını davam etdirib. Yəni əvvəlki aylarda cəmi 4 günlük statistik məlumatlar açıqlanmışdı ki, bu da ay ərzində təxminən 100 nəfərin həbs olunduğunu göstərirdi. Noyabr və dekabr aylarında narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar mətbuata gündəlik açıqlamaların verilməsi ilə yanaşı, hesabat dövründə DİN-in vətəndaşlardan toplanılan və aşkar edilən silahlarla bağlı da operativ qaydada mətbuatı bilgiləndirdiyinin şahidi olduq. Lakin biz bu yazımızda əldə olunan silahlar haqda deyil, oxucularımıza noyabr və dekabrda narkotiklə əlaqədar həbs olunan şəxslərlə bağlı məlumat verməkdə maraqlıyıq. Hansı ki, DİN-in rəmi açıqlamasına əsasən, noyabrda 460 nəfər, dekabrda isə 466 nəfərin məhz narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar həbs olunduğu vurğulanır. Daha ətraflı aşağıdakı linkə daxil olaraq məlumat əldə edə bilərsiniz:
Noyabr:
Dekabr:
Bundan əlavə, dekabr ayında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən 2 uğurlu əməliyyat aparılıb ki, bu zaman xeyli miqdarda narkotik vasitə ələ keçirilməklə yanaşı, saxlanılanlar da olub:
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi dekabrda 2 dəfə də hesabat xarakterli açıqlama ilə çıxış edərək, hər birində dəyəri milyonlarla manat olan narkotikin dövriyyədən çıxarılması haqda məlumat paylaşıb:
Oktyabrda xeyli fəallıq nümayiş etdirən Dövlət Sərhəd Xidməti (DSX) noyabrda 4, dekabrda isə 5 fakt üzrə mediada özündən bəhs etdirib. Şübhəsiz, bunların hər biri də məhz İrandan ölkəmizə daxil olan narkotik vasitələrin qarşısının alınması ilə əlaqədardır:
Noyabr:
Dekabr:
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ötən ayların passivliyini hesabat dövründə də üzərindən ata bilməyib. Belə ki, bu qurum noyabrda cəmi 1 dəfə, dekabrda isə 2 dəfə təcridxanaya (ərinə, qohumuna, tanışına və s.) narkotik keçirilməsinin qarşısını almağı bacarıb:
Noyabr:
Dekabr:
Dövlət Gömrük Komitəsi (DGK) də hesabat ayları ərzində cəmi 2 fakt üzrə özünü göstərə bilib. Belə ki, noyabrda 2 dəfə ölkəyə daxil olan narkotikin qarşısı alınsa da, dekbarda susqunluq nümayiş etdirilib:
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası da öz ənənəsinə sadiq qalaraq, ötən aylarda da narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı aparılan əməliyyatlar haqda hesabatını açıqlayıb. Belə ki, noyabrda 1 tədbir keçirib, dekabrda isə 2 dəfə mətbuata açıqlama verilib.
Noyabr:
Dekabr:
O ki qaldı ölkə üzrə polis idarə və şöbələrinin fəaliyyətinə, yuxarıda da qeyd etdiyimiz kimi, noyabr və dekabr ayında polislərimiz öz gücünü daha çox əhalinin silahsızlaşdırılması kampaniyasına yönəldib. Görünür, məhz bu səbəbdəndir ki, əksər rayonların polis əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsi və narkomaniyaya qarşı mübarizə sahəsində tamamilə fəaliyyətsiz olublar. Əlbəttə, ilk baxışdan düşünmək olar ki, son 2 il ərzində ölkəmizdə bu sahədə ciddi mübarizə aparıldığından, bu rayonlarda narkotik tacirlərinin “kökü kəsilmək üzrədir”. Lakin, çox təəssüflə qeyd edirik ki, ölkədəki ümumi mənzərə heç də bu qənaətə gəlməyə əsas vermir.
Beləliklə, dəyərli oxucularımızı noyabr və dekabr aylarında narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizədə daha fəal olan polis idarə və şöbələrinin fəaliyyəti ilə daha yaxından tanış edək.
Qeyd edək ki, noyabrda Sabunçu Rayon Polis İdarəsi və Salyan Rayon Polis Şöbəsi hər biri 3 uğurlu əməliyyat keçirməklə “ayın liderləri” seçiliblər. Dekabrda isə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları 4 uğurlu əməliyyata imza atmaqla, yenə də özlərindən bəhs etdirməyi bacarıblar:
Noyabr:
Dekabr:
Noyabrda hər biri 2 əməliyyat keçirən Abşeron Rayon Polis İdarəsi, Binəqədi Rayon Polis İdarəsi, Nəsimi Rayon Polis İdarəsi, Nizami Rayon Polis İdarəsi və Masallı Rayon Polis Şöbəsi “ayın ikinciləri” sırasına yüksələ biliblər.
Dekabr ayının “ikinciləri” isə, hərəsinə 3 uğurlu əməliyyatla seçilən Gəncə Şəhər Polis İdarəsi, Sumqayıt Şəhər Polis İdarəsi və Quba Rayon Polis Şöbəsi olub. Bundan əlavə, dekabrda Xətai Rayon Polis İdarəsi, Suraxanı Rayon Polis İdarəsi və Yardımlı Rayon Polis Şöbəsi də 2 əməliyyatla digər rayonlardan fərqlənə biliblər.
Hesabat dövründə 1 əməliyyatla “qış yuxusunda” olan həmkarlarından nisbətən fərqlənən polislərimiz isə aşağıdakı idarə və şöbələrin əməkdaşlarıdır:
Noyabr:
Dekabr:
Bundan əlavə, hesabat dövründə təhsil ocaqlarında narkomaniyanın zərərli vərdişləri ilə bağlı maarifləndirici tədbir keçirməklə, ümumi mübarizəyə töhfə verən polislərimiz də az olmayıb. Qeyd edək ki, noyabr ayında 4 belə tədbir təşkil edən Şirvan Rayon Polis Şöbəsi, dekabrda isə eyni sayda toplantı ilə Cəlilabad Rayon Polis Şöbəsi hesabat dövrünün öncülləri siyahısında yer ala biliblər.
Noyabr:
Dekabr:
Narkomaniyanın zərərli vərdişləri ilə bağlı maarifləndirici tədbirlər keçirməkdə xüsusi fəallıq göstərən digər rayonlar isə aşağıdakılardır:
Noyabr:
Hesabat dövrü ərzində narkotiklə əlaqədar ümumilikdə 9 məhkəmə prosesi baş tutub ki, bunlardan 5-i noyabrın, 4-ü isə dekabrın payına düşür.
Noyabr:
Dekabr:
Təkrar cinayətkarlıq halları artıb
Hesabat ayları ərzində təkrar cinayətkarlıq hallarının artdığı da diqqətimizi cəlb edib ki, noyabrda narkotiklə bilavasitə bağlı olan 12, dekabrda isə 9 faktın baş verdiyini qeyd edə bilərik:
Noyabr:
Dekabr:
Ötən aylarda olduğu kimi, noyabrda da narkotiklə əlaqədar məhkəmələr tərəfindən çıxarılan bəraət hökmü diqqətimizi cəlb edir. Qeyd edək ki, noyabrda 3 bəraət qərarı verilsə də, dekabr ayında belə bir faktın şahidi olmamışıq.
Sonda onu da qeyd edək ki, dekabr ayında daha bir narkotik aludəçisi də intihar edib:
Noyabr və dekabr aylarının yekun mənzərəsinə əsasən qeyd edə bilərik ki, ölkəmizdə narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində görüləcək hələ çox işlər var. İnanırıq ki, 2024-ci ildə bu bəladan xilas olmaq üçün hər bir vətəndaşımız əlindən gələni əsirgəməyəcək, 44 günlük İkinci Qarabağ Müharibəsində olduğu kimi, yenə də ölkəmizi, gəncliyimizi “narkotik savaşı” ilə məhv etməyə çalışan xarici qüvvələrə qarşı həmrəylik nümayiş etdirəcəyik.
Stopnarkotik.az saytı olaraq hər bir vətəndaşımıza sağlam həyat, sağlam gələcək arzu edirik.
Stopnarkotik.az
P.S. Dəyərli oxucularımızın diqqətinə onu da çatdıraq ki, may, iyun, iyul, avqust və sentyabr aylarında narkotik ticarətinə qarşı mübarizənin nəticəsi ilə tanış olmaq üçün aşağıdakı linklərə daxil ola bilərsiniz: