ƏVVƏL NARKOTİKLƏ ƏLAQƏDAR HƏBS OLUNMUŞDU, İNDİ İSƏ... - Xocəsəndə oğurluq edən keçmiş məhbus saxlanıldı

Noyabrın 29-da Xocəsən qəsəbəsi ərazisində yerləşən bir kafe və mağazadan 2000 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 1996-cı il təvəllüdlü H.Ağayev saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, H.Ağaayev Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində ələ keçib.

Faktla bağlı araşdırma aparılır.

Stopnarkotik.az