Narkotikin cinayət statsitikasında artım tempi yaratdığı danılmazdır. Bu artım tempi ilə yanaşı, narkotikin tətiklədiyi cinayət istiqamətlərindən biri də təkrar cinayətkarlıqdır. Narkomaniya və narkoticarət birbaşa cəmiyyətdə kriminal dalğalanma yaradır və bu tendensiya nəinki ildən-ilə, hətta aydan-aya yüksələn xətt üzrə inkişaf edir.
Stopnarkotik.az rəsmi statistik açıqlamalara əsasən bildirir ki, 2024-cü ildə ümumən cinayət törədən şəxslərin 36,3%-i (2633 nəfər) təkrar cinayət törədən şəxslər, residivistlər olub. Vəziyyətin daha aydın mənzərəsi üçün 2025-ci ilin narkotik cinayətlərinə və bu cinayətlərin əvvəllər məhkum olunmuş şəxslər tərəfindən tördilmə sayının necə artdığına baxaq.
2025-ci ilin yanvar ayının yekununa görə, 97 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 283 kq 321,7qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.
Yanvar-fevral aylarında 205 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 406 kq 734,4 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.
Yanvar-mart ərzində 415 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 496 kq 971,5 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.
Yanvar-aprel dönəmində 621 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 555 kq 050,4 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.
Yanvar-may ayları ərzində 872 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 791 kq 291,4 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.
Yanvar-iyun aylarında 1308 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 973 kq 750,99 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.
Yanvar-iyul ərzində 1490 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 1 ton 080 kq 087,29 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.
2025-ci ilin yanvar-avqust aylarında 1744 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 1 ton 377 kq 232,99 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.
Yanvar-sentyabr ərzində 2061 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 1 ton 641 kq 588,011 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.
Yanvar-oktyabr aylarında 2254 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 1 ton 854 kq 643,966qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.
Statistik rəqəmlərdən göründüyü kimi, 2025-ci ilin yanvar ayında narkotiklə bağlı cinayət törədənlərin 97 nəfəri təkrar məhkum olunanlar idisə, ilin oktyabr ayında bu say 2157 nəfər artıb və 2254 nəfərə çatıb. Nəzərə alaq ki, bu rəqəmlər yalnız narkotiklə əlaqədar təkrar məhkum olunanların sayını əks etdirir.
Təkrar cinayətkarlıqla yanaşı, onlardan müsadirə olunan narkotikin sayı da paralel olaraq artıb. 2025-ci ilin yanvar ayında 97 nəfərdən müsadirə olunmuş narkotik vasitə və psixotrop maddənin miqdarı 283 kq 321,7qr olubsa, 2025-ci ilin oktyabr ayında 2254 təkrar məhkumlardan müsadirə olunan narkotik vasitə və psixotrop maddənin həcmi 1 ton 854 kq 643,966 qr olub.
Göründüyü kimi, mənzərə ürəkaçan deyil və təskinlik üçün də əsas yoxdur.
Stopnarkotik.az