Abşeron və Qaradağ rayonlarında keçirilən tədbirlərlə əvvəllər oğurluq cinayətinə görə məhkum olunan Ramil Əliyev və Nihat Abdurrahmanov saxlanılıblar.
Stopnarkotik.az xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatla saxlanılan şəxslərdən ümumilikdə 57 kiloqram heroin, metemfetamin, tiryək, həşiş qətranı, tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 1981 ədəd metadon həbi aşkarlanıb.
Saxlanılan şəxslərin xarici narkotacirlərin tapşırığı ilə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb,saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Stopnarkotik.az