Meksika hökuməti ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) rəhbəri Terri Koulun ölkə rəhbərliyi ilə mütəşəkkil cinayətkarlıq arasında guya mövcud olan əlaqələr barədə bəyanatlarını rədd edib.
Bu barədə ölkənin güc qurumlarının birgə bəyanatında deyilir.
Sənəddə vurğulanır ki, DEA rəhbərinin iddiaları heç bir əsasa malik deyil və Meksika hakimiyyətinin müntəzəm olaraq dərc etdiyi, eləcə də yoxlanılması mümkün olan cinayətkar təşkilatlara qarşı mübarizənin nəticələrinə ziddir.

Hökumətdən qeyd edilib ki, milli təhlükəsizlik strategiyası "sıfır cəzasızlıq" prinsipinə əsaslanır. Nümunə kimi 80-dən çox fəaliyyətdə olan və keçmiş dövlət qulluqçusunun, o cümlədən yeddi merin saxlanılması, habelə 2024-cü ilin oktyabrından 2026-cı ilin iyununadək 500 tona yaxın narkotik vasitənin və 5,5 milyondan çox fentanil həbinin müsadirə edilməsi göstərilir.
Xatırladaq ki, daha əvvəl DEA rəhbəri Terri Koul kartellərin və Meksika hakimiyyətinin "ayrılmaz" olduğunu bildirib, onlara qarşı mübarizəni bir nömrəli prioritet adlandırıb.