İranla atəşkəs mənim üçün bitib.
Bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Artıq iranlılarla münasibət qurmaq istəmirəm, vaxt itkisidir. Onlar yalançıdırlar. Biz razılığa gəlirik, hamı razı olur. Nüvə silahı yoxdur.
Onlar çölə çıxırlar, mətbuatla danışırlar, deyirlər ki, biz bu barədə heç danışmamışıq. Onlarda nəsə problem var. Onlar axmaqdırlar”, - Tramp vurğulayıb.
Qeyd edək ki, ABŞ ordusu bu gecə İranda 80-dən çox hədəfə zərbələr endirib.