TÜRKİYƏDƏ ƏMƏLİYYAT: 58 narkotacir tutuldu

Türkiyənin Adana bölgəsində narkotik vasitə satmaqda şübhəli bilinən şəxslərə qarşı əməliyyat keçirilib.

Stopnarkotik.az "Haber Global"a istinadən xəbər verir ki, Adana polisinin keçirdiyi əməliyyat nəticəsində 70 nəfər saxlanılıb.

Onlardan 58-i barəsində həbs qətimkan tədbiri seçilib, digərləri polis nəzarəti ilə şərti sərbəst buraxılıb.

Faktla bağlı araşdırmalar davam edir.