ABŞ kəşfiyyatından şok hesabat - "COVID-i Fauçi maliyyələşdirib, kəşfiyyatı isə susdurub"

ABŞ Milli Kəşfiyyat Direktorunun Ofisi (ODNI) koronavirus (COVID-19) pandemiyasının mənşəyi və ABŞ Prezidentinin keçmiş baş tibb müşaviri Entoni Fauçinin bu prosesdəki rolu ilə bağlı şok iddiaların yer aldığı rəsmi press-reliz yayıb.

Hesabatda Entoni Fauçinin rəhbərlik etdiyi Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutu (NIAID) vasitəsilə pandemiyadan əvvəl Uhan Virusologiya İnstitutunda yarasalardakı koronavirusların funksionallığının artırılmasına yönəlmiş təhlükəli tədqiqatlara milyonlarla dollar vergi ödəyicisi vəsaiti ayırdığı bildirilir. Hazırda həmin tədqiqatlar pandemiyaya səbəb olan virusun laboratoriyadan sızmasının əsas mənbəyi kimi nəzərdən keçirilir.

Sənəddə qeyd olunur ki, Fauçinin ABŞ Kəşfiyyat Birliyi ilə sıx əlaqələri ona pandemiya dövründə böyük nüfuz qazandırıb və onu ciddi təhqiqatlardan qoruyan üç mühüm rolu icra etməsinə şərait yaradıb:

İlk növbədə Fauçi trilyonlarla dollar dəyərində "universal peyvəndlər" yaratmaq ambisiyası ilə "Böyük farma" (nəhəng əczaçılıq şirkətləri) ilə əlaqəli riskli koronavirus araşdırmalarını maliyyələşdirib.

O, öz təhlükəli tədqiqatlarını gizlətmək üçün xüsusi seçilmiş ekspertlərlə birlikdə Kəşfiyyat Xidmətini virusun "təbii və heyvan mənşəlli" olması versiyasını müdafiə etməyə sövq edib.

Fauçi pandemiyanın əsas "milli eksperti"nə çevrilərək cəmiyyətdə yalan, dezinformasiya və senzura kampaniyası yürüdüvü iddia olunur.

Hesabata görə, Fauçi və kəşfiyyat orqanlarının siyasiləşmiş rəhbərləri pandemiya boyu qapalı bir dövriyyə yaradıblar. Fauçi öz institutunun maliyyələşdirdiyi alimləri kəşfiyyata məsləhətçi qismində təqdim edib, bu alimlərin verdiyi məlumatlar rəsmi kəşfiyyat qiymətləndirmələrini formalaşdırıb, daha sonra isə bu qiymətləndirmələr laboratoriya sızıntısı nəzəriyyəsini təkzib etmək üçün "elmi konsensus" kimi ictimaiyyətə sırıb.

Milli Kəşfiyyat hesabatında həmçinin vurğulanır ki, Fauçi Konqresdə ifadə verərkən yalan danışıb. Ondan pandemiya dövründə FTB (FBI), MKİ (CIA) və ya digər kəşfiyyat agentlikləri ilə koronavirus tədqiqatları barədə ünsiyyətdə olub-olmadığı soruşulduqda, o, cavablardan yayınıb və "bildiyim qədərilə, COVID-lə bağlı xeyr" deyərək yalan ifadə verib.

Çoxsaylı məlumat mənbələrinin ifadələri isə dəhşətli reallığı ortaya qoyub. Fauçinin virusun mənşəyi ilə bağlı gəldiyi nəticələri şübhə altına alan kəşfiyyat analitikləri repressiyalarla üzləşib, təcrid olunub və karyera fəsadları ilə cəzalandırılıblar./azpolitika.info