İRANI BOMBALAYAN ABŞ, TƏZMİNAT ÖDƏYƏN ƏRƏBLƏR - İrana 300 milyard investisiyanı kim qoyacaq?

Məlum olduğu kimi, İranla ABŞ arasında əldə edilən ilkin razılaşmanın ən mübahisəli bəndlərindən biri İrana bombardmanlar nəticəsində vurulan ziyana görə təzminat kimi qoyulacaq 300 milyard dollarlıq investisiyalarla bağlı idi. İran tərəfi bu təzminatda təkid edirdi və yayımladığı ənəddə də həmin məbləğ xüsusi qeyd edilirdi.

ABŞ-də isə Donald Trampın tənqidçiləri bu şərtin ABŞ üçün aşağılçayıcı olduğunu bildirir və bunu hazırkı Ağ Ev sahibinin məğlubiyyəti kimi qələmə verirdilər.

Lakin indi məlum olur ki, İrana qoyulacaq 300 milyardlıq investisiyada ABŞ iştirak etməyəcək. 

Bu barədə “Fox News” məlumat yayıb.

Əldə edilən ilkin razılaşma memorandumuna görə, yalnız Fars körfəzi ölkələri İranın 300 milyard dollarlıq yenidənqurma fonduna üzv olacaq, ABŞ isə bu fondda iştirak etməyəcək. Beləliklə, kanalın məlumatına görə, İranın yenidən qurulmasına ABŞ deyil, qonşu ərəb ölkələri investisiya qoyacaq. Üstəlik, məhz Vaşinqton lisenziyalar, güzəştlər və müqavilələr verməklə "İranda kimin işlədiyini nəzarətdə saxlayacaq".

Bundan əlavə, mətndə qeyd olunur ki, ABŞ İranla yekun razılaşma imzalanana qədər regiondakı hərbi mövcudluğunu azaltmayacaq. Kanal qeyd edir ki, bu, iki aviadaşıyıcı qrupun Yaxın Şərqdə qalacağı deməkdir.

Bundan əvvəl ABŞ və İran hərbi əməliyyatların dayandırılmasını və danışıqların yeni mərhələsinin başlanmasını nəzərdə tutan müvəqqəti anlaşma memorandumunun imzalandığını elan etmişdilər. Sənəd 17 iyunda ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkian tərəfindən imzalanıb. Memorandum onlayn qaydada imzalanıb və elektron imzadan sonra qüvvəyə minib./azpolitika.info