Gürcüstanda narkotik cinayətləri 3,5 dəfə artıb - STATİSTİK GÖSTƏRİCİLƏR / VİDEO

Gürcüstanda kriminal fonun kəskin artımı müşahidə olunur. Belə ki, cinayətkarlıq səviyyəsi təxminən 15% artıb. 2026-cı ilin birinci yarısında ölkədə təxminən 33 000 qanun pozuntusu qeydə alınıb. Ən böyük artım narkotik qaçaqmalçılığı sahəsində baş verib. Rüşvətxorluq və korrupsiya səviyyəsi 16 dəfə artıb. Səhlənkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə halları da əhəmiyyətli dərəcədə artıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə statsitik göstəriciləri ölkənin DİN nazirliyi açıqlayıb. Rüşvətxorluqla bağlı cinayətlərin sayı təxminən 16,5 dəfə, nüfuz alveri dörd dəfə, vəzifə səhlənkarlığı isə təxminən iki dəfə artıb.

Gürcüstan Daxili İşlər Nazirliyinin veb saytındakı materiallara görə, 2026-cı ilin yanvar-iyun ayları arasında qeydə alınan cinayətlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 14,8% artaraq 29 900-ə çatıb.

Nazirliyin məlumatına görə, 29 915 cinayətin 72,87%-i açılıb. Bundan əlavə, ilk altı ayda təcavüz və nalayiq hücum da daxil olmaqla cinsi motivli cinayətlərin sayı artıb. Məcbur etmə, təhdid və təqib kimi cinayətlər, eləcə də bank sənədlərinin saxtalaşdırılması və saxta pullarla bağlı cinayətlər və narkotiklə əlaqəli cinayətlər də artmışdır.

Narkotiklə əlaqəli cinayətlərin aşkarlanma nisbəti yüksək olaraq qalsa da, bu dövrdə qeydə alınan cinayətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur. Ümumilikdə, polis ötən il 3919 narkotik cinayətilə müqayisədə bu il 7533 narkotiklə əlaqəli cinayət qeydə alıb.

Bu arada, Gürcüstana narkotik və psixotrop maddələrin qaçaqmalçılığı ilə bağlı cinayətlərin sayı 2025-ci ilin birinci yarısı ilə müqayisədə üç yarım dəfə artıb. Bununla yanaşı, Gürcüstanda bir dəfə inzibati məsuliyyətə cəlb edilənlər üçün cinayət hesab edilən narkotik istifadəsi 10,5 dəfə artıb.

Vəzifəli şəxslər və dövlət qulluqçuları tərəfindən törədilən cinayətlərin sayı da təxminən 67% artıb. 2026-cı ilin birinci yarısında ümumilikdə 187 belə cinayət qeydə alınıb, halbuki 2025-ci ilin eyni dövründə bu rəqəm 112 olub və polis tərəfindən qeydə alınan 112 bu qəbildən cinayət hadisəsi 187 rəqəmindən xeyli azdır.

Eyni zamanda, nəqliyyat və əmlak cinayətləri ilə bağlı cinayətlərin sayı azalıb. 

Stopnarkotik.az