İyulun 23-də ümumi çəkisi 7,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunub.
Stopnarkotik.az-a bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, sözügedən narkotik vasitələr polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aşkarlanıb.
"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir", - deyə nazirlikdən əlavə olunub.
Stopnarkotik.az