Yasamal rayonunda oğurluq hadisəsi qeydə alınıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Stopnarkotik.az-a bildiriblər ki, rayon ərazisində yerləşən marketlərdən birində alış-veriş edən zərərçəkənə məxsus, içərisində 300 manat pul və 3000 manat dəyərində qızıl-zinət əşyaları olan çanta oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 50 yaşlı S.Absalamova müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.