Xameneinin dəfn mərasimindən sonra atışma baş verdi: ÖLƏNLƏR VAR

İranın Məşhəd şəhərində keçmiş ali lider Əli Xameneinin dəfn mərasimindən sonra atışma baş verib, nəticədə iki nəfər həlak olub.

Bu barədə İranın "Sabereen News" "Telegram" kanalı Xorasan-Rəzəvi vilayətinin Təhlükəsizlik Xidmətinin direktor müavininə istinadən məlumat yayıb.

Məlumata əsasən, atışma Məşhədin qərbində dəfn mərasiminin keçirildiyi İmam Rza məqbərəsindən 15 km-dən çox məsafədə baş verib.

Hadisənin səbəbi və həlak olanların şəxsiyyəti hələlik məlum deyil.