Pakistanda avtobus dərəyə aşdı: 40 ÖLÜ, 8 YARALI

Pakistanın Bəlucistan əyalətində sərnişin avtobusunun dərəyə aşması nəticəsində azı 40 nəfər ölüb, 8 nəfər isə yaralanıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Məlumata görə, hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub.

Yaralılar xəstəxanaya çatdırılıb, axtarış-xilasetmə əməliyyatı davam edir.