İyunun 25-də ümumi çəkisi 2,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib. Qeyd olunur ki, sözügedən narkotik vasitələr polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ələ keçirilib.
"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir", - deyə nazirlikdən əlavə olunub.