Dominikan Respublikasında polis ananas yükünün içində gizlədilmiş kokain tapıb. Narkotik yükü İspaniyaya göndərilməli imiş.
Stopnarkotik.az xəbər verir ki, polis və prokurorluğun keçirdiyi əməliyyat zamanı kokain ölkədən çıxarılmadan əvvəl aşkarlanıb.
Hadisə ilə bağlı bir nəfər saxlanılıb. Polis həmçinin bir yük maşını və digər sübutları götürüb.
Hazırda polis bu narkotik yükünü kimin göndərdiyini və hadisənin beynəlxalq narkotik qrupu ilə əlaqəsinin olub-olmadığını araşdırır.
Rəsmilər bildirirlər ki,narkotikləri gizlətmək üçün çox vaxt digər yüklərin içindən istifadə olunur.
Stopnarkotik.az