ABŞ hərbçiləri Sakit okeanın şərq hissəsində narkotik alverçilərinin katerinə zərbə endirib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı (SOUTHCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, kəşfiyyat məlumatlarına əsasən, həmin kater qeyri-qanuni maddələrin daşınması üçün istifadə edilib və tanınmış narkotik qaçaqmalçılığı marşrutları boyu hərəkət edib. Xəbərə görə, endirilən zərbə nəticəsində üç narkotik taciri məhv edilib.
2025-ci ilin payızında hücumlar başlayandan bəri narkotik qaçaqmalçıları tərəfindən istifadə edilən katerlərə ABŞ-nin zərbələri nəticəsində 200-dən çox insan həlak olub.