İpsala gömrüyündə 4 tondan çox narkotik keçirilməsinin qarşısı alındı-VİDEO

Türkiyə Ticarət Nazirliyinin gömrük mühafizə qrupları Ədirnədəki İpsala Gömrük Qapısında ümumi dəyəri 3 milyard 25 milyon TL olan 4 ton 321 kiloqram narkotik maddə olan preqabalin müsadirə edib.

Stopnarkotik.az xəbər verir ki, nazirliyin yazılı açıqlamasına görə, Yunanıstandan Türkiyəyə daxil olmaq üçün İpsala Gömrük Qapısına gələn bir yük maşını giriş prosedurları tamamlandıqdan sonra İpsala Gömrük Mühafizəsi Qaçaqçılıq və Kəşfiyyat İdarəsinin əməkdaşlarının nəzarəti altında ətraflı axtarış üçün anqara aparılıb. Axtarış zamanı 4 ton 321 kiloqram preqabalin müsadirə edilib. Əməliyyatla bağlı Ədirnə İpsala Respublika Prokurorluğu tərəfindən araşdırma başlanıb. 3 milyard 25 milyon TL dəyərində müsadirə edilən narkotik maddələr məhv edilib.

Stopnarkotik.az

**