Bakıda "Mercedes"dən meyit tapıldı

Bakı şəhəri, Binəqədi qəsəbəsində nəqliyyat vasitəsindən meyit tapılıb.

Stopnarkotik.az oxu.az-a istinadən xəbər verir ki, qəsəbə sakini 45 yaşlı Zahid Gülsevər oğlu Aslanovun meyiti "Mercedes" markalı avtomobildə tapılıb.

İlkin məlumata görə, meyitin üzərində zorakılıq əlamətlərinə rast gəlinməyib.

Faktla bağlı araşdırma aparılır.