Telefonda anasının porno videolarını gördü, evdən qaçdı; Əlinə-ayağına “dolaşdığı” üçün anası onu “dəlixana”ya yerləşdirdi
“Dayım həm narkotik istifadə edir, həm də satırdı...”
Müsahibimiz hələ 16 yaşındadır. Yetkinlik yaşına çatmadığı üçün adını və soyadını açıqlamırıq. Üstəlik, özü də “Stop narkotik”lə həyat hekayəsini anonimliyinin qorunması şərtilə bölüşməyə razılıq verib.
Deyir ki, cəmi 3 yaşı olanda valideynləri ayrılıb. O, bir müddət atası ilə yaşamağa başlayıb. Sonradan atası ikinci dəfə ailə həyatı qurduğundan, ona nənəsi baxıb. Özünün dediyinə görə, nənəsi hələ də “onunla nəfəs alır”...
12 yaşına qədər valideynlərinin hansı səbəbdən ayrılması ilə bağlı ona heç bir məlumat verilməyib. Hər dəfə anası ilə görüşmək istəyəndə, “bunun üçün peşman olacaqsan” cavabını alıb. Buna baxmayaraq, anasına olan sevgisi onu yolundan döndərə bilməyib. Belə ki, anasının ikinci dəfə ailə qurduğunu bilməsinə rəğmən, bir gün zəng vuraraq, onunla yaşamaq istədiyini bildirib. Çoxsaylı bəhanələrdən sonra, nəhayət, günlərin birində anası onu yaşadığı evə aparıb.
O, bir müddət azyaşlı ögey bacı və qardaşı ilə bərabər anasının evində yaşayıb. O vaxta qədər ki, artıq anasının yüngül həyat tərzi sürməsindən xəbərdar olub. Dediyinə görə, bir gün evdə anasının ikinci telefonuna baxarkən, orada onun porno görüntüləri ilə rastlaşıb. Bundan sonra evdən qaçıb.
Günlərin birində anası “sevgililərindən biri”nin maşını ilə Xırdalanda çalışdığı “moyka”ya gələrək, onu evə aparıb. Həmin günün səhərisi isə soyuqladığını bəhanə edərək, onu şəhər xəstəxanasına yatırmaq adı ilə Maştağada yerləşən 1 saylı Psixatriya Xəstəxanasına, özünün təbrincə desək, “dəlixana”ya yerləşdiriblər. Burada özünə çoxsaylı xəsarətlər yetirdiyini deyən müsahibimizin sözlərinə görə, bundan xəbər tutan baş həkim onu yanına çağıraraq, nə üçün özünə xəsarət yetirdiyi, evdən hansı səbəbdən qaçdığı haqda suallar verib. O, bu haqda baş həkimə məlumat verdikdən sonra, təxminən ay yarımlıq “dəlilik müddəti başa çatıb” və anası gəlib onu evinə aparmağa məcbur olub.
Dayısının dostları tərəfindən 13 yaşından narkotik istifadəsinə alışdırılan həmsöhbətimiz bildirir ki, artıq 3 aydır “Təmiz Həyat” Reabilitasiya Mərkəzində təmənnasız müalicə alır.
Buyurun, onun həyat hekayəsini öz dilindən eşidin.
Stopnarkotik.az