NARKOTİKƏ QARŞI ÜSYAN - Məhəllələrdə afişalar asıldı / VİDEO

Türkiyənin Van şəhərinin İpəkyolu rayonunun Hacıbəkir məhəlləsində sıravi vətəndaşlar "Narkotikə Yox!ə" şüarlı afişalarla antinarkotik hərəkat başladıblar.

Stopnarkotik.az xəbər verir ki, xüsusilə uşaqlar və gənclər arasında narkotik istifadəsinin artmasından və narkotik istifadəçilərinin yaşının aşağı düşməsindən narahat olan sakinlər öz aralarında gecə keşik çəkmə hərəkatı başlayıblar.

Hərəkata son zamanlar qadınlar da əllərində dəyənəklərlə qoşulublar. Onların məqsədi narkotik satıcılarının məhəlləyə girməsinin qarşısını almaq və küçələri nəzarətdə saxlamaqdır.
Həmçinin İpəkyolu rayonunun Bostaniçi, Esendere məhəlləsində də oxşar hərəkat başlayıb. Orada vətəndaşlar "Bu məhəllədə narkotikə giriş yoxdur" yazılı bannerlər asıblar və könüllü olaraq gənclərlə birlikdə keşik çəkirlər.

Məhəllələrdən birində asılmış bannerdə narkotik istifadəsinə və satışına qarşı, "Narkomaniyaya Yox" başlıqlı afişada "Bu məhəllədə narkotik alıb-satanların adları sonrakı afişada yazılacaq" deyilir.

Banner sosial mediada tez zamanda trend mövzusuna çevrilib və bəzi istifadəçilər sakinlərin narkotiklərə qarşı mübarizədəki həssaslığını dəstəkləyiblər. 

Narkotik istifadəsinə qarşı məscidlərdən də narkotiklərə qarşı mesajlar verilib və həmrəylik çağırışları səsləndirilib.

Stopnarkotik.az