MARİXUANA, HEROİN, TİRYƏK... – Ötən gün ələ keçirilən narkotiklər haqda açıqlama + AUDİO

İyulun 20-də ümumi çəkisi 11,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 8,3 kiloqramdan artıq marixuana, 2 kiloqrama yaxın heroin və 1,4 kiloqramdan artıq tiryək olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Stopnarkotik.az