Ekvadordan gələn bananın içində 770 kiloqram kokain tutuldu

İtaliyanın maliyyə polisi və gömrük xidməti Vado-Liqure limanında keçirilən genişmiqyaslı xüsusi əməliyyat zamanı 770 kiloqram kokain müsadirə edib.

Stopnarkotik.az xəbər verir ki, narkotik Ekvadordan gələn soyuducu konteynerdə banan altlıqlarının arasında gizlədilibmiş.  

Hesablamalara görə, kokain partiyasının qara bazar dəyəri 250 milyon avro civarındadır.

Bu müsadirə son illərdə limanda keçirilən ən böyük narkotik əməliyyatlarından biridir. Bundan cəmi üç həftə əvvəl Vado-Liqure limanında daha 340 kiloqram kokain ələ keçirilib. 

Stopnarkotik.az