Kolumbiyada təhlükəsizlik qüvvələri bazar dəyəri on milyonlarla dollar olan narkotik yükünü zərərsizləşdirib. Belə ki, uğurlu əməliyyat nəticəsində dəmir boruların arasında gizlədilmiş tonlarla narkotik maddə müsadirə edilib.
Stopnarkotik.az xarici KİV-lərə istinadən xəbər verir ki, 2,2 tondan çox olan kokainin bazar dəyərinin təxminən 89 milyon dollar olduğu təxmin edilir.
Narkotik qaçaqmalçılarının yükü gizlətmək üçün dəmir borularla yüklənmiş bir yük maşınından istifadə etdikləri müəyyən edilib.
Əməliyyata cavabdehlik edənlər bildiriblər ki, təkcə müsadirə edilən narkotiklər ayrıca bir yük maşınını tamamilə doldura bilər. İstintaq davam edir:
Əməliyyat zamanı bütün narkotik maddələr müsadirə edilib və narkoticarət şəbəkəsini zərərsizləşdirmək üçün genişmiqyaslı araşdırma başlanıb.
Stopnarkotik.az