Tiflisin küçələri su altında qalıb - VİDEO

Gürcüstanın paytaxtı Tiflisin bir neçə rayonunda yağan güclü yağışlar ciddi fəsadlar törədib.

Gürcüstan mediasının məlumatına görə, leysan yağışları nəticəsində Diqomi Massivi və Didi Diqomi yaşayış massivlərində küçələr su altında qalıb, Vazisubani qəsəbəsində isə yaşayış binalarının zirzəmilərini su basıb.

Əlverişsiz hava səbəbindən şəhərin müxtəlif hissələrində avtomobillərin hərəkəti çətinləşib.

Gürcüstanın Milli Ətraf Mühitin Mühafizəsi Agentliyinin məlumatına əsasən, iyulun 21-nə keçən gecə Tbilisi və ətraf rayonlarda arabir yağış yağacağı, bəzi ərazilərdə yağıntıların intensiv olacağı proqnozlaşdırılır.