Ağdamda açıq ərazi yanır - FOTO

Bu gün Ağdam rayonu, Sarıcalı kəndində açıq ərazidə yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə məlumat daxil olub. 

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Stopnarkotik.az