Rusiyanın paytaxtı Moskvada polis 65 yaşlı Nuqzar Torçinavanı saxlayıblar.
Stopnarkotik.az xəbər verir ki, kriminal aləmdə "Torçik" ləqəbi ilə tanınan “qanuni oğru” mütəşəkkil qrup halında 450 min rubl məbləğində pul tələb etməkdə şübhəli bilinir.
Məlumata görə, Torçikin saxlanılmasından sonra Moskvada Suxumidən olan "qanuni oğrular" arasında azadlıqda yalnız "Kimo" ləqəbli şəxs qalıb.
Nuqzar Torçinava 1980-ci ildə kriminal aləmdə "qanuni oğru" statusu alıb. O, SSRİ-nin yenidənqurma dövründə əvvəlcə mərkəzi bölgələrdə, daha sonra isə ölkənin digər regionlarında fəaliyyət göstərən fəal Qafqaz mənşəli kriminal fiqurlardan biri hesab olunub.
Qeyd olunur ki, Torçinava dəbdəbəli həyat sürməyib, adi mənzildə yaşayıb. Son 20 ildə müxtəlif cinayət işləri üzrə ümumilikdə 10 ildən çox həbsdə olub və hazırkı saxlanılması onun dördüncü həbsi olacaq.
Xatırladaq ki, Nuqzar Torçinava mərhum azərbaycanlı “qanuni oğru” “Lotu Quli” ləqəbli Nadir Səlifova yaxın adamlardan biri hesab olunurdu.