Hacıqabulda avtomobil körpüdən aşıb, 2 nəfər xəsarət alıb.
Stopnarkotik.az apa-ya istinadla bildirir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Nəvahi qəsəbəsinin ərazisindən keçən hissəsində qeydə alınıb. Gəncə sakini, 75 yaşlı İsmayilov Dəmir Əli oğlunun idarə etdiyi Mercedes markalı avtomobil idarəetməni itirib. Yoldan çıxan avtomobil yeraltı keçidin dəmir səddini qıraraq keçidə düşüb.
Nəticədə sürücü və avtomobildə olan sərnişin Gəncə sakini, 56 yaşlı Bayramova Yeganə Şəmil qızı xəsarət alıblar. Onlar Hacıqabul rayon xəstəxanasına və daha sonra Şirvan xəstəxanasına yerləşdiriliblər.

