İPSALA GÖMRÜYÜNDƏ ƏMƏLİYYAT - 20 əməkdaş rüşvətə görə saxlanıldı

Türkiyənin Ədirnə şəhər Polis İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bölməsinin qrupları bu səhər İpsala Gömrük Qapısında çalışan gömrük işçilərini hədəf alan əməliyyat keçirib. 

Stopnarkotik.az xəbər verir ki, istintaq zamanı əldə edilən telefon danışıqları və dəlillərə əsasən, səhər tezdən cinayətkar təşkilatın üzvü olduğu güman edilən bir şəxsi hədəf alan əməliyyat başlayıb.

Əməliyyat çərçivəsində İpsala Gömrük Qapısında çalışan 20 gömrük əməkdaşı saxlanılıb. Keşanda 11 və İpsalada 9 şübhəlinin ünvanlarında eyni vaxtda axtarışlar aparılıb. Axtarışlar zamanı istintaqla bağlı rəqəmsal materiallar və dəlillərin müsadirə edildiyi öyrənilib. Şübhəlilər polis bölməsində dindirilməklə, hadisə ilə bağlı istintaq davam edir.

Stopnarkotik.az