Avropanın ən çox axtarılan şəxslərindən biri 12 il həbs cəzası alan Oskar Beneş həbsxanadan qaçıb.
Stopnarkotik.az xəbər verir ki, narkotik satdığına görə 12 il həbs cəzası alan Oskar Beneş hazırda Avropanın ən çox axtarılan qaçan şəxslər siyahısındadır. Məlumata görə, o, 2023-cü ildə Portuqaliyada olduğu həbsxanadan qaçıb.
"Evropol"un məlumatına görə, Oskar Beneş narkotik və psixotrop maddələrin qanunsuz satışı ilə bağlı cinayətlərə görə axtarılır.
Bildirilir ki, Oskar Beneş Çexiyada qanunsuz çətənə yetişdirən qrupun əsas üzvlərindən biri olub. Məlumata görə, o, 2013-cü ildən bəzi binaların çətənə yetişdirilən yer kimi istifadə olunmasına kömək edib və bunun üçün pul verib.
Həmçinin onun narkotiklərin, balaca çətənə bitkilərinin və bu işdə istifadə olunan alətlərin daşınması üçün avtomobillər tapdığı bildirilir.
Məlumata görə, Oskar Beneş təkcə narkotik hazırlanmasında yox, onların satılmasında da iştirak edib. Bildirilir ki, o, narkotiklərin və balaca çətənə bitkilərinin göndərilməsini təşkil edib, başqa ölkələrə aparılmasını planlaşdırıb, satışdan gələn pulları qəbul edib. Bəzi hallarda isə narkotiki alıcılara özü apardığı da deyilir.
Bu cinayətlərə görə Oskar Beneş 12 il həbs cəzası alıb. Lakin o, 2023-cü ildə Portuqaliyadakı həbsxanadan qaçıb.
Üstündən xeyli vaxt keçsə də, Oskar Beneş hələ də tutulmayıb və Çexiya polisinin axtardığı şəxslər arasındadır.
Stopnarkotik.az