Türkiyədə cinayət törədən uşaqların valideynləri də cəzalanacaq - NAZİR AÇIQLADI

Türkiyədə 18 yaşdan kiçik uşaqların törətdiyi ağır cinayətlərlə bağlı yeni qanun hazırlanır.

Stopnarkotik.az xəbər verir ki, Ədliyyə naziri Akın Gürlek bu barədə danışıb.

Onun sözlərinə görə, ən çox birlikdə törədilən cinayətlər, məktəbdə uşaqların bir-birini döyməsi, oğurluq və insanlara problem yaradan ağır cinayətlərdə valideynlərin də cavabdeh olub-olmadığı yoxlanılacaq.

Akın Gürlek deyib ki, əgər yoxlama zamanı valideynlərin uşaqlarına lazımınca baxmadığı və onlara nəzarət etmədiyi bəlli olsa, onlar da cəza ala bilərlər.
Qanun bilənlərin sözlərinə görə, bu qanun qəbul olunsa, uşaqlarına lazımi diqqət göstərməyən valideynlər pul cəzası və ya başqa cəza ala bilərlər.

Bildirilir ki, bu yeni qanun yaxın günlərdə Türkiyə Böyük Millət Məclisinə veriləcək qanunlar toplusuna salına bilər. 

Stopnarkotik.az