ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) 3 hazırkı və bir neçə keçmiş agentinin yazılı ifadəsinə görə, işlədikləri qurum 2023–2025-ci illərdə yüz minlərlə fentaniliin Nyu-Meksiko şəhərinə ötürülməsinə şərait yaradıb. Bu barədə "Associated Press" məlumat yayıb.
Həmin agentlərdən biri, DEA-da 19 il işləyən Devid Hovell bildirib ki, bəzi hallarda polis daha böyük narkokartellərin izinə düşmək üçün fentanilin ötürülməsinin qarşısını kəsməyib. Onun sözlərinə görə, polis narkotikin daşındığını bilsə də, onu ələ keçirməyib.
Hovell “The National News Desk” nəşrinə deyib ki, bu barədə informator kimi bilən zaman 2023-cü ildə şikayət edib. “Onlar narkotik tacirinin danışıqlarını dinləyirdilər. Və vaxt gələndə Nyu-Meksiko şəhərinin prokurorluğu təhqiqatı dayandırıb və fentanilin müsadirəsini həyata keçirməyib”, şahid deyib. Hovelin vəkili Livitt bildirib ki, müvəkkili buna qarşı çıxandan sonra bəzi məhkəmə işlərinə buraxılmayıb.
Sonra o öyrənib ki, daha çox fentanil partiyaları da ötürülüb, amma tutulmayıb. Hovellin fikrincə, buna görə narkotiklər insanların əlinə keçib və ölümlər olub.
Hadisə ilə bağlı araşdırma aparılıb və məsələ hələ də müzakirə olunur.
Mələk
Stopnarkotik.az