Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən 37 yaşlı Sübhan Baxşıyevi saxlayıb.
Stopnarkotik.az xəbər verir ki, ondan dağlıq ərazidə əkdiyi 59 ədəd çətənə kolu aşkar edilib.
Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.