14,2 KİLOQRAM NARKOTİK ƏLƏ KEÇİRİLDİ - 24503 ədəd çətənə kolu məhv edildi + AUDİO

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 19-da ümumi çəkisi 14,2 kiloqrama yaxın narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 11 ədəd çətənə kolu aşkar olunaraq götürülüb, yabanı halda bitmiş 19,4 ton çəkidə 24503 ədəd çətənə kolu isə aşkarlanaraq məhv edilib.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.