Bakıda bıçaqlanma hadisəsi olub.
Hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.
Bakıxanov qəsəbə sakini 41 yaşlı Bayramov Bayram Dursun oğlu mübahisə zamanı 26 yaşlı Mirzəliyev Zaur Adəm oğluna bıçaqla 2 dəfə zərbə vurub.
B.Bayramov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Araşdırma aparılır./lent.az