Zaqatala rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Stopnarkotik.az oxu.az-a istinadən xəbər verir ki, hadisə iyunun 19-da saat 9 radələrində rayonun Qımır kəndi ərazisində qeydə alınıb.
Kənd sakini, 58 yaşlı Kamran Məhərrəmov kəsici alətlə qətlə yetirilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, Qımır kənd sakini, 1968-ci il təvəllüdlü Ələsgər Əhmədov saxlanılaraq istintaqa təhvil verilib.
Məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Belə ki, Ə.Əhmədov bir müddət əvvəl həyat yoldaşından boşansa da, onunla eyni kənddə yaşayıb. Məlumata görə, o, keçmiş həyat yoldaşından həmkəndlisi Kamran Məhərrəmovla münasibətindən şübhələndiyi üçün ayrılıb. Ələsgər bir neçə dəfə Kamranla bu barədə mübahisə də edib.
İyunun 19-da səhər saatlarında Ələsgər Kamranla yenidən mübahisə edib. Mübahisə nəticəsində o, Kamranı bıçaqlayıb. K.Məhərrəmov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.