Masallıda keçmiş məhkum 7 kiloqram narkotiklə tutuldu - FOTO + AUDİO

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Tədbir zamanı əvvəllər məhkum olunmuş 41 yaşlı Emin Mahmudov saxlanılıb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ondan 7 kiloqramdan artıq marixuana, heroin və tiryək aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.