"Kubinka" sakini qonşusunu ürəyindən niyə bıçaqlayıb? - TƏFƏRRÜAT / VİDEO

Bakının Nəsimi rayonu ərazisində qonşular arasında baş verən mübahisə qətllə nəticələnib.

Hadisə rayonun Əlimərdan bəy Topçubaşov küçəsində, "Kubinka" kimi tanınan ərazidə qeydə alınıb.

İlkin məlumata görə, qonşular - Mahmud Quliyev və Rüfət Əliyev arasında söyüş üstündə mübahisə yaranıb. Bu zaman Mahmud Quliyev üzərində gəzdirdiyi bıçaqla Rüfət Əliyevin ürək nahiyəsinə zərbə endirib. Yaralı aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Qətli törətməkdə şübhəli bilinən Mahmud Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.