ABŞ və İsrailin İran planı: Qonşu ölkələrin sərhədləri...

Amerika Birləşmiş Ştatları və İsrail İranı yola gətirmək üçün müxtəlif ssenariləri nəzərdən keçirirlər. Son məlumatlara görə, bu iki ölkə artıq İrana qarşı quru blokadası tətbiq etməyi düşünürlər. 

Bu barədə Britaniyanın "The Daily Telegraph" qəzeti yüksək rütbəli İsrail mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, quru blokadası İrana iqtisadi təzyiq göstərmək üçün variantlardan biri hesab olunur. Nəşr qeyd edir ki, plan ABŞ və İsraildən İranın qonşularına sərhəd keçidlərini bağlamaq və ya tranzitləri azaltmaq üçün təzyiq göstərməyi tələb edəcək və beləliklə İslam Respublikası ilə ticarət məhdudlaşacaq.

Bölgədə Vaşinqtonun yaxın müttəfiqləri olmayan Pakistan və İraq zəif halqalara çevrilə bilər. Eyni zamanda, İranla qonşu ölkələr ABŞ-İsrail planını qəbul etsələr, Tehrandan hərbi də daxil olmaqla cavab tədbirləri ilə üzləşmək riski altındadırlar.

"The Daily Telegraph" vurğulayır ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Hörmüz boğazını açmaq üçün mövcud hərbi strategiyanın tükənməsi səbəbindən ərazi blokadası variantını nəzərdən keçirir./azpolitika.info