BAKIDA QƏTL: 35 yaşlı kişi bıçaqlanaraq öldürüldü

İyulun 30-u saat 20 radələrində paytaxtın Xətai rayonu ərazisində qətl hadisəsi baş verib.

Stopnarkotik.az oxu.az-a istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü Sabir Camalov münaqişə zəminində 1991-ci il təvəllüdlü Orxan Yusubova bıçaqla xəsarətlər yetirib.

O.Yusubov aldığı xəsarətlərdən ölüb.

Hadisəni törədib qaçan S.Camalovu polis əməkdaşları saxlayıblar.

Faktla bağlı araşdırma aparılır.