Sumqayıtda evdə yanğın - VİDEO

Sumqayıt şəhərində fərdi yaşayış evində yanğın baş verib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 70kv.m. olan fərdi yaşayış evində baş vermiş yanğın genişlənərək yaxınlıqda yerləşən tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində üçotaqlı fərdi yaşayış evinin ümumi sahəsi 12kv.m. olan mətbəxinin yanar konstruksiyaları və dam örtüyü 30kv.m sahədə yanıb.

Xəsarət alan olmayıb.

Fərdi yaşayış evinin böyük hissəsi və yaxınlıqda yerləşən tikililər yanğından mühafizə olunub.