56,3 kiloqram narkotik dövriyyədən çıxarıldı - DİN-dən ƏMƏLİYYAT +AUDİO

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 3-də ümumi çəkisi 56,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.