63 kilqorama qədər narkotik əməliyyatda ələ keçirildi - VİDEO

İstanbul Polis İdarəsinin Narkotiklə Mübarizə Şöbəsinin əməkdaşları Kəşfiyyat Şöbəsi ilə birlikdə narkotik hazırlayan və satan şəxsləri ələ keçirmək üçün əməliyyat keçiriblər.

Stopnarkotik.az xəbər verir ki, İstanbulun Bəylikdüzü rayonunda iki ünvanda və bir avtomobildə keçirilən əməliyyat zamanı D.K. adlı şübhəli saxlanılıb.

Ünvanlarda və avtomobildə aparılan axtarış zamanı 34 kiloqram 850 qram heroin və 28 kiloqram 50 qram metamfetamin olmaqla, ümumilikdə 62 kiloqram 900 qram narkotik aşkar edilərək götürülüb.

Bildirilib ki, şübhəli polis bölməsindəki işlər başa çatdıqdan sonra narkotik hazırlamaq və satmaqla bağlı məhkəməyə göndəriləcək. 

Stopnarkotik.az