Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Vüqar Ələkbərovun barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.
Hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 10 aprel 2025-ci il tarixdə, saat 14 radələrində Ağdərə rayonu, Suqovuşan qəsəbəsində qeydə alınıb.
Belə ki, 2005-ci il təvəllüdlü Vüqar Ələkbərov qısqanclıq zəminində anası M.Ələkbərovanı bıçaqlayıb.
Keçirilən tədbirlər nəticəsində V.Ələkbərov polis tərəfindən saxlanılıb.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Ələkbərov 3 il müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə onun apellyasiya şikayəti təmin edilməyib./pravda.az