Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən mağazaların birindən 1830 manat, mobil telefon və tütün məmulatları oğurlanıb.
Bu barədə Stopnarkotik.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd olunan talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 24 yaşlı E.Məmmədov saxlanılıb.
Rayon ərazisində polis əməkdaşlarının keçirdikləri digər tədbir zamanı isə obyektdən 1790 manat dəyərində elektronika avadanlıqlarını oğurlayaraq satmaqda şübhəli bilinən V.Nəsirov da müəyyən edilərək saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.