Gürcüstanda 380.000 min uşaq sosial həssas qrupa aiddir

Gürcüstanda təxminən 380.000 uşaq sosial cəhətdən həssas qrup kimi qeydə alınıb. Bu barədə ölkənin Ombudsmanı açıqlama verib. 

Sənədə görə, təkcə 2025-ci ildə siyahıya 23.000-dən çox insan əlavə edilib. Levan İoselianinin sözlərinə görə, hər üç uşaqdan biri yoxsulluq içində yaşayır və sosial proqramlar onların problemlərini həll etməkdə uğursuzluqla nəticələnir.

Ombudsman ofisi qeyd edir ki, "Dövlət proqramları uzunmüddətli perspektivdə ailələrə kömək etmir və daha yaxşı şəraitin yaradılmasına töhfə vermir".

Stopnarkotik.az