Sumqayıt və Abşeronda mağazalardan oğurluq edən keçmiş məhkumlar tutuldu

Sumqayıt şəhərində mağazaların birindən naməlum şəraitdə oğurluq edilib. 

Bu barədə Stopnarkotik.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 45 yaşlı İ.Kərimov saxlanılıb.

Abşeron rayonunun Saray qəsəbəsində isə müxtəlif vaxtlarda iki mağazadan spirtli içki və digər tütün məmulatları oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 28 yaşlı T.Heydərli də müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar aparılır.