Paytaxtın Qaradağ rayonunda yerləşən mənzillərin birindən oğurluq edilib. Naməlum şəxs mənzilə daxil olaraq noutbuk və 1600 manat dəyəri olan mobil telefonu talayıb.
Bu barədə Stopnarkotik.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş S.Vəliyev müəyyən edilərək saxlanılıb.
Araşdırmalar davam etdirilir.