Oyunun standart versiyası 79,99 dollar, Tam paket nəşri isə 99,99 dollardır. Tam paket nəşrini alan istifadəçilər eksklüziv avtomobillər, silahlar, geyimlər, eləcə də əsas qəhrəmanlar Ceyson və Lüsiya üçün xüsusi məzmun əldə edəcəklər. Noyabrın 20-dək ön sifariş verənlərə Vintage Vice City Pack bonusu təqdim olunur, rəqəmsal versiyalara isə bir aylıq GTA+ abunəliyi daxildir.
Oyunun hadisələri Vice City (Mayaminin analoqu) və Leonida ştatında (Florida ştatının analoqu) cərəyan edəcək. Bu, GTA V-dən sonra seriyanın son 13 ildə təqdim olunan ilk yeni hissəsi olacaq.
Məlumata görə, oyunun hazırlanmasına 2 milyard dollardan çox vəsait xərclənib. Bu məbləğin dünyanın ən hündür binası olan Bürc Xəlifə-nin tikinti dəyərindən də yüksək olduğu bildirilir.