“Qarabağ”ın oyununa biletlərin satışı sabah başlayacaq - GECİKMƏ SƏBƏBİ AÇIQLANDI

“Qarabağ” FK və “Vestri” oyununun bilet satışı sabah, 4 iyul 15:00-da başlayacaq.

Stopnarkotik.az xəbər verir ki, bu barədə “iticket.az” məlumat yayıb.

“Saytımızda yaşanmış müvəqqəti texniki nasazlığa görə üzr istəyirik. Problem tamamilə aradan qaldırılıb və sayt normal rejimdə fəaliyyətini davam etdirir”, - deyə məlumatda qeyd edilib.